ATƏT prezident seçkiləri ilə bağlı daha bir hesabat açıqladı!

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, hesabat 16-28 sentyabr tarixləri arasında seçkiqabağı situasiyanın və seçki kampaniyasının müşahidəsi əsasında hazırlanıb.

 

Sənəddə deyilir ki, seçki kampaniyasında diqqət konkret siyasi platformaların üzərində deyil, şəxslərin üzərində cəmləşib. Kampaniyada konkret müzakirələr çatışmır”.

 

Hesabatda seçkilərə texniki hazırlığın bütün səviyyələrdə davam etdiyi, 5273 daimi və 219 xüsusi seçki məntəqəsinin, eləcə də ölkə xaricində 38 seçki məntəqəsinin yaradıldığı, qeydiyyatdan keçmiş seçicilərinin sayının 5 016 365 nəfər olduğu bildirilir.

 

Sənəddə o da qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinə seçkilərlə bağlı 9 müraciət daxil olub. Namizədlərin qeydiyyatı ilə bağlı şikayətlərə hələlik Ali Məhkəmədə baxılır. Hesabatda bildirilir ki, qeydiyyata alınmaqdan imtina edilmiş namizədlərin müraciətləri hətta təmin olunsa belə, onların seçki kampaniyası aparmaq üçün çox az vaxtları qalır.

 

 

Müəllif | Apa.Tv