Dollar, avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi yüksəlib. Mərkəzi Bank dolların kursunu 1,6228 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında kəskin dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7807 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 22 manat 40 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv