İŞİD Türkiyəyə raket atdı: ölənlər var
İŞİD terror qruplaşması "Katyuşa" reaktiv raketləri ilə Suriya ərazisindən Türkiyəni atəşə tutub.
APA TV-nin məlumatına görə, terrorçuların günorta saatlarında atdığı 8 mərmi Türkiyənin Kilis qəsəbəsinə düşüb.
Raketlərin düşdüyü ərazilərdə güclü partlayışlar olub. Hadisə nəticəsində 2 nəfər ölüb, biri ağır olmaqla ən az 2 nəfər də yaralanıb. Qəsəbə sakinləri təşvişə düşüb.
Raketlərdən biri qəsəbəyə doğru hərəkət edən avtomobilin yaxınlığına düşüb. Maşının içərisində olan iki uşaq ağır yaralanıb. Onlar Kilis dövlət xəstəxanasına aparılıblar. Türkiyə Silahlı Qüvvələri cavab olaraq "Fırtına" topları ilə İŞİD terrorçularının mövqelərini bombalayıb.