Siyəzəndə restorandan oğurluq edən şəxs yaxalandı

Siyəzən rayon sakini Əlyusif Rza oğlu Xalıqova məxsus “Buta” restoranından oğurluq etməkdə təqsirləndirilən şəxs  saxlanılıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən restoran sahibi ona məxsus obyektdən 2 ədəd televizor və 1 ədəd  peyk antenası aparatının oğurlanması barədə məlumat verib.

 

Bundan başqa, Siyəzən sakini Mübariz Mustafa oğlu Əbdülov Siyəzən RPŞ-yə müraciət edərək Heydər Əliyev küçəsində yerləşən mağazadan 6 fevral 2016-cı ildə 80 manat pul və 110 manat dəyərində müxtəlif malların oğurlandığını bildirib.

 

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan faktların 1987-ci il təvəllüdlü Siyəzən şəhər sakini, əvvəl məhkum olunan İlkin Novruz oğlu Bəylərov tərəfindən törədilməsi müəyyən olunub. O, saxlanılaraq istintaqa təhvil verilib. İ.Bəylərov barəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan