İŞİD-in gürcü komandiri əş-Şişani öldürüldü

ABŞ qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar əş-Şişanini zərərsizləşdirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, faktı Pentaqon da təsdiqləyib.

 

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.

 

Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək. 

Müəllif | Apa.Tv
Apa.tv