İlin ilk Günəş tutulması baş verib

Bu ilin ilk Günəş tutulması baş verib. APA TV-nin "AzərTAc"a istinadən xəbərinə görə, tutulma Bakı vaxtı ilə saat 03:20 radələrində başlayıb.

 

Tutulmanı Hind okeanının Şərq sahillərində, İndoneziyada və Sakit okean hövzəsində müşahidə etmək mümkün olub.

 

Günəş tutulması saat 08:34-dək davam edib. Tam tutulma 05:57-də baş tutub. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünüb. Bu tutulma əsasən Cənub-Şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində müşahidə edilib.

 

Bu təbiət hadisəsini Azərbaycandan izləmək mümkün olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv