Trampdan növbəti qələbə: "Respublikaçılara mənə görə səs verirlər"

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp ilkin seçkilərdə Miçiqan və Missisipi ştatlarında qələbə qazanıb.

 

APA TV-nin "Euronews"a istinadən məlumata görə, buna qədər respublikaçıların 70 tanınmış siması açıq məktubla milyarderin prezident seçkilərində iştirakının qəti əleyhinə olduqlarını bildiriblər. Onlar bunu Trampın məlum çıxışları ilə əlaqələndirib və bunu ölkənin təhlükəsizliyi baxımdan ürəkaçan olmadığını bildiriblər.

 

Namizəd baş verənlərə münasibətində qeyd edib ki, ABŞ-da respublikaçılara heç vaxt indiyə qədər olduğu kimi səs verilməyib və bu inkişaf yalnız onun iştirakı ilə bağlıdır. Tramp bildirib ki, onun partiyadaşları birləşməlidir və bu vacibdir.


Demokratların cəbhəsində də mübarizə davam edir. Hillari Klinton Missisipi, Berni Sanders isə Miçiqanda liderdir. Mayamidəki praymerizlər öncəsi Sanders bildirib ki, bu vaxta qədər ortaya çıxan hesablamalar göstərir ki, bizi daha böyük nəticələr gözləyir.


Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

Müəllif | Apa.Tv
Apa.tv