Ağstafada ərzaq mağazası ikinci dəfə qarət edildi
Ağstafada ərzaq mağazası ikinci dəfə qarət edilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər Oqtay Osmanova məxsus mağazanın arxa tərəfindəki kiçik pəncərənin dəmir barmaqlıqlarını qopararaq içəriyə daxil olublar. Oğrular dükandan 300 manatlıq siqaret, ərzaq və bahalı içkilər aparıblar. Mağaza sahibi bildirib ki, borc götürüb yenicə bazarlıq etdiyi gün obyekti qarət olunub.
Qeyd edək ki, qarət edilən mağazadan fevralın 23-də də oğurluq edilmişdi.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.