Gəncədə mağaza və apteklərə qənim kəsilən 17 yaşlı oğlan tutulub
Gəncədn 95 saylı aptek sentyabrın 29-dan 30-a keçən keçə qarət olunub.
Səyyaf Məmmədovun bildirdiyinə görə, aptekdən işçilərin əmək haqları və dərman alışı üçün ayrılan 4 min 600 manat nəğd pul aparılıb.
Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, oğurluğu törədən şəxs yetkinlik yaşına çatmayan, 1996-cı il təvəllüdlü, cinayət məcəlləsinin 127.1 yəni qəsdən sağlamlığa zərər vurma və 221 yəni xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilən A.Q-dir. Məlumata görə, o, təxminən 15 gün öncə aptekin yaxınlığında yeləşən ərzaq mağazasından da oğurluq edibmiş. Oradan da 600 manat nəğd pul və 200 manat dəyərində müxtəlif markalı siqaret apardığı sübut olunub.