ABŞ İrana yenidən sanksiyalar tətbiq edə bilər

ABŞ Konqresinin spikeri Pol Rayan İrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyinin gündəmdə olduğunu bildirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu o, Tehranın raket sınaqlarına davam etməsi və aqressiv davranışları ilə əlaqələndirib.


"Ballistik raketlərin sınaqdan keçirilməsinə son verilməməsi Tehranla əldə olunan beynəlxalq razılaşmaya edilməməsi deməkdir", - deyə spiker əlavə edib.

 

Xatırladaq ki, İranın növbəti sınaqları keçirməsi martın 8-də məlum olub. Ölkənin yüksək çinli zabitlərindən olan Əmir-Əli Hacızadə faktı təsdiqləyib və sınaqlar zamanı uzaq orta və yaxınmənzilli raketlərin yoxlanıldığını deyib.

Müəllif | Apa.Tv
Apa.tv