Bakıda ana və 3 yaşlı oğlu dəm qazından boğuldu - AİLƏ FACİƏSİ

Bakıda ailə faciəsi baş verib. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb.

 

Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.

 

İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv