Şimali Koreya lideri: "ABŞ-ı nüvə silahı ilə vuracağıq, bu baş verəcək"
"Biz heç bir tərəddüd keçirmədən ABŞ-a nüvə zərbəsi endirə bilərik. Əgər imperialistlər bizim suverenliyimizə qarşı təhdidlərini davam etdirsələr, bu baş verəcək".
APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, bu açıqlamanı Şimali Koreya lideri Kim Çen In verib.
O əlavə edib ki, ümumiyyətlə, bundan sonra ölkədə sınaqdan keçirilən raketlərin hamısı nüvə başlıqlı olacaq. "Bunun üçün bütün imkanlar var. Bizim buna cəsarətimiz də çatır", - deyə In hərbçilərlə və ölkənin nüvə alimləri ilə keçirdiyi görüşdə qeyd edib.
O bildirib ki, ölkəsinin nüvə potensialı da buna imkan verir.
Xatırladaq ki, son vaxtlar Pxenyanın nüvə sınaqlarını bu qədər artırması ABŞ başda olmaqla bölgədəki digər bəzi dövlətlərin ciddi narahatçılığına səbəb olub.