Bakıda hava küləkli olacaq

Martın 10-da  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  APA TV-yə verilən məlumata görə,  sabah bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

 

Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 10-15 dərəcə, Bakıda  gecə 5-7 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv