İsraildə dəhşət: Əlində bıçaq olan fələstinli qarşısına çıxanları belə doğradı - HADİSƏ YERİNDƏN

İsrail paytaxtında terror aktı törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, əlində bıçaq olan fələstinli insanlara qəfildən zərbələr endirməyə başlayıb.


Nəticədə ABŞ-dan olan bir tələbə həyatını itirib, 11 nəfər müxtəlif xəsarətlər alıb. Yaralananlar xəstəxanalara çatdırılıb, onlardan 3-ü Rusiya vətəndaşıdır. Terrorçu bir neçə nəfəri yaraladıqdan sonra şəhərin dəniz sahilindəki məhəllələrə tərəf qaçıb.


Bu vaxt onun ardınca mağaza sahibləri və şəhərdə gəzən şəxslər düşüblər. Bir küçə musiqiçisi əlindəki gitara ilə onun başına zərbə də endirməyə imkan tapıb. Hadisə şahidləri yaralı şəxslərin vəziyyətinin ağır olduğunu deyiblər.


Sonda terrorçu polislər tərəfindən öldürülüb. Onun 22 yaşlı fələstinli Bəşir Məhəmməd Muslaq olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv