Rusiya təyyarəsi dənizə düşdü, ölən və itkinlər var - QƏZA YERİNDƏN
Bu gün səhər saatlarında Rusiyaya məxsus təyyarə Banqladeş sahillərində qəzaya uğrayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, An-26 yük təyyarəsində dörd nəfər ekipaj üzvü olub. Onlardan ikisi yerli balıqçılar tərəfindən sudan çıxarılıb.
Xəstəxanaya çatdırılan pilotlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digər heyət üzvlərindən hələ ki xəbər yoxdur.