Jirinovski Stalinin məzardan çıxarılmasını tələb edir

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski "Qızıl Meydan"da dəfn edilən şəxslərin məzarlarının köçürülməsi məsələsini gündəmə gətirib.

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, o, bu məzarların Mıtışşi qəbiristanlığına daşınmasını tələb edib.

"Orda boş yer çoxdur, memorial abidələr də düzəltmək olar. Moskvanın mərkəzi meydanı boşaldılmalıdır",  - deyə Jirinovski əlavə edib.

Partiya lideri İosif Stalinin məzarını xüsusi hədəfə götürüb: "Onun ölüm günündə - martın 5-də "Qızıl Meydan"a insanlar gəldilər. Onlar Stalinin məzarına çiçəklər gətirmişdilər. O isə qanlı diktator olub. Biz indiyə qədər onun törətdiklərinə görə özümüzə gələ bilmirik".

Vladimir Jirinovski hamıdan öncə məhz Stalinin məzarının köçürülməsinin vacib olduğunu vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv