Avropanın ən hündür yaşayış məskənlərindən biri - Xınalıq

Ketişə gedirik. Ora haradır? Bu sözü eşidəndə mən də təəccüblənmişdim. Xınalıq dediyimiz kəndin adı belədir Xınalıq dilində. Ölkə başçısının fərmanı ilə Xınalıq Dövlət Qoruğu elan edilib. Qoruq ərazisinə daxil olmaq üçün ödənişimizi etdik. Və APA TV-nin çəkiliş qrupu artıq kənddədir. Hazırda 1837 sakini var Xınalığın. Məşğuliyyəti heyvandarlıq olub camaatın. İndi turizm də inkişaf etməkdədir burda. Kəndə və onun tarixinə olan maraqla bağlı. Otel xidməti olmadığından maraqlı bir xidmət var: ev otelləri, evdə hazırlanan yeməklər. Bir sözlə ev turizmi gedir. Amma narahatlıq doğuracaq bir məqam var. Qədim üslubda tikilmiş bu evlərə müasirlik elementləri əlavə olunur, təbii ki, insanlara daha yaxşı xidmət göstərmək üçün. Plastik pəncərə, qapı, müxtəlif daşlardan hörgülər və sair. Xınalığın köhnə məhəllələrindən indiyə kimi 153 ev salamat qalıb. 82 ev isə, qismən dağılıb. Xınalıq çayının kənarında yeni yaşayış massivi salınıb, 53 ev tikilib. Maraqlı addır Xınalıq. Bəs necə yaranıb? Xınalıq adı qarşı dağın günəş çıxanda verdiyi rəngə - xına rəngi. Kəndin tarixi ilə adının heç bir bağlılığı yoxdur. Xınalıq kəndinin təxminən 5000 il yaşı var deyirlər. Ona görə deyirlər deyirəm ki, kənd ətrafında hələ araşdırmalar, arxeoloji qazıntılar gedir. Xınalıqda yaşayanlar bu yerin tarixi barədə dəqiq məlumatlara malik deyillər. Mütəxəssislər də kənd camaatı özü də. Çünki qazıntılar zamanı elə alətlər geyimlər, yazılar, qablar üzə çıxır ki, onların nə məqsədlə istifadə olunmasının özü ciddi araşdırma tələb edir. Amma kənd camaatı arasında öz tarixləri ilə bağlı rəvayətlər dolaşır. Xınalıq sakinləri özlərini Nuh peyğəmbərin nəslindən sayırlar. Rəvayətə görə Nuh peyğəmbərin tufanı dövründə Ketş-Xınalıq, Ketş dağlarında yerləşib. Baş verən zəlzələdə kənd tamam dağılıb. Əhalinin çoxu həlak olub. Sağ qalanlar çayı keçib daha hündür zirvələrə qalxıblar. Yeni Ketişdə, indiki Xınalıqda məskunlaşıblar. Bəzi müəlliflərin fikrincə eramızdan əvvəl I əsrdə bu ərazidə get tayfaları yaşayıb. Xınalıqlılar haqda qədim yunan alimi Strabon yazırdı ki, onlar bu ərazilərdə yaşayan və hərəsi öz dilində danışan 26 alban tayfasından biri olub. Xınalıq dilinin digər alban tayfalarının dilindən fərqli olması bu məlumatı qismən də olsa təsdiqləyir. Kənddə yaradılan muzeydə gördüyünüz bu əşyaların bir çoxunun yaşı bilinmir hələ. Ərəb-fars əlifbasına yaxın dildə yazıblar qədim kənd sakinləri. Amma yazılar nə ərəb, nə də farscadır. Xınalıq dilindədir. Bu məqamın özü ayrıca bir araşdırma tələb edir. Elə insanlar var ki, onlar Xınalığın tarixini öz evində də yaşadır. Seyfəddin müəllimin evi də belə evlərdən biridir. Xınalıqda bir ailənin qonağı olduq, Yaqub Əliyevin ailəsinin. Bizimlə kəndi gəzəndən sonra dedi ki, kənddə toy da var. Avropanın ən yüksəkdə yerşələn kəndində olduq - Xınalıqda. Hər şey yüksəkdən baxanda dəqiq, aydın və olduğu kimi görünür. O üzdən haqqımız var deyək ki, hər şeyi görürük və əminik ki, Azərbaycan adlı məmləkət hər şeyin ən yaxşısına layiqdir.

 

 

Müəllif | Apa.Tv