Prezident İlham Əliyev Viktor Yuşenkonu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonu qəbul edib.

 

APA TV-nin xəbərinə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.

 

Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.

Müəllif | Apa.Tv
Apa.tv