Azərbaycan prezidenti Serbiyanın keçmiş prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.

 

APA Tv-nin xəbərinə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edilib, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışılıb.

Müəllif | Apa.Tv
Apa.tv