Goranboyda maskalı basqın: nənə və nəvənin üzünə qaz püskürdüb evi qarət etdilər

Goranboyda maskalı şəxslər yaşayış evinə basqın edib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1951-ci il təvəllüdlü Mina Məhərrəmovanın yaşadığı evə girən 2 maskalı şəxs onun və 2004-cü il təvəllüdlü nəvəsi Nilufərin üzünə qaz püskürdüb, bıçaqla hədələyib və mənzildən 160 manat pul, 1500 manat dəyərində qızıl aparıblar.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Mahmud Xanov və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Ayaz İsgəndərov tutulublar.

Müəllif | Apa.Tv
Apa.tv