Suraxanıda 5 nəfərdən ibarət oğru dəstəsi yaxalandı
Suraxanıda oğurluq hadisəsi törətməkdə təqsirli bilinən şəxslərin rayon ərazisində bir neçə mənzil qarəti etdiyi müəyyən edilib.
APA TV-nin xəbərinə görə, saxlanılan Cavid Sultanov və Ziya Zamanovdan başqa, dəstənin daha 3 üzvü olub.
Suraxanı RPİ-nin 31-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində dəstənin digər üzvləri də həbs edilib. Saxlanılanların Bakı şəhər sakinləri Şamil Əliyev, Ceyhun Şirəliyev və Emil İsmayılovla birgə cari il yanvarın 3-dən fevralın 29-dək olan müddətdə paytaxt sakinləri T.Dalayevə, H.Həşimova, E.Lüftəliyevə və M.Ələkbərovaya məxsus evlərdən pul və qızıl əşyalar oğurladığı müəyyən edilib.
Dəstə üzvlərinin digər cinayətlərdə iştirak etdikləri istisna olunmur. Araşdırma aparılır.