Astarada arvadının qulaqlarını kəsən ər danışdı
Astarada arvadı Nisə Xəlilovaya dəhşətli işğəncələr verib, qulaqlarını kəsən həyat yoldaşı Çingiz Mehdiyev hələ də saxlanılmayıb. 28 yaşlı Nisə Xəlilovanın səhhətində isə irəliləyiş var. APA TV-nin xəbərinə görə, xəstəni müalicə edən həkimin sözlərinə görə, artıq o, sərbəst danışa bilir, həyatı üçün təhlükə yoxdur.
Hadisədə təqsirləndirilən Çingiz Mehdiyev törətdiyi hərəkətlərini, yoldaşına əl qaldırmasını qısqanclıq zəminində törətdiyini, həyat yoldaşını ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.
Çingizin anası Həyat Mehdiyeva oğlunun Nisə Xəlilova ilə 9 il oncə ailə həyatı qurduğunu və 7 ildir ki, gəlinlərinin düzgün yolda olmadığını, oğlu Çingizə xəyanət etdiyini deyir. Oğlunun narkotik vasitələrin aludəçisi kimi qələmə verildiyini isə şər və böhtan adlandırıb.
Nisənin anası Sevda Xəlilova onlara qarşı söylənilən ittihamları rədd edərək, qızının öz ailəsinə sadiq olduğunu deyir.
Artıq faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi açılıb.