Qubada 16 yaşlı qız özünü qayadan atdı

Quba rayonunda intihara cəhd faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvədabanı yaşayış massivində  qeydə alınıb. 2000-ci il təvəllüdlü İsgəndərova Nərmin Vüqar qızı yaşadığı evin yaxınlığında özünü qayadan atıb. O, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Anar Babayev, həkim: “Bu gün 21 radələrində İsgəndərova Nərmin Vüqar Quba rayon mərkəzi xəstəxanasının  reanimasiya şöbəsinə bədənin müxtəlif nahiyələrinin sıyrıntıları diaqnozu ilə daxil olub. Xəstəyə tərəfimizdən müxtəlif yardımlar göstərilib, müayinələr olunub. Hazırda xəstənin vəziyyəti stabildir, ambulator qaydada evə yazılacaq”.

 

Əmisi Baxış İsgəndərovun  sözlərinə görə, Nərmin İsgəndərova 3 yaşında olarkən atasını itirib. Anası övladına baxa bilmədiyindən, onu başqa bir ailəyə qəyyumluğa verib. Ana bir neçə gün əvvəl övladını geri alıb. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv