Avropa Parlamentində ilk: türkləri təhqir edən yunan deputat zaldan qovuldu

Avropa Parlamentinin iclasında Yunanıstanın ifrat sağçı “Qızıl Şəfəq” partiyasının deputatı türkləri təhqir etdiyi üçün zaldan qovulub.

 

APA TV-nin məlumatına görə, hadisəyə yunan deputat Elefterios Sinadinosun qaçqınlarla bağlı çıxışı səbəb olub. O, çıxışı zamanı türkləri təhqir edib.

 

Yunan deputatın çıxışı Avropa Parlamentinin sədri Martin Şultsu qəzəbləndirib. O, bəyan edib ki, Elefterios Sinadinosun sözləri irqçiliyə yol verilməsi üçün “qırmızı xətt”in keçilməsi cəhdidir və belə hərəkətlərə imkan verilməyəcək. Martin Şults Avropa İttifaqının qaydalarını əsas gətirərək bildirib ki, yunan deputatın çıxışı insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Onun sözləri Avropa Parlamentinin üzvləri tərəfindən dəfələrlə alqışlanıb. Avropa Parlamentinin sədri Elefterios Sinadinosu zaldan qovub.

 

Elefterios Sinadinosun zaldan çıxarılmasını deputatların bir çoxu mobil telefonla çəkiblər.

 

Qeyd edək ki, deputatın zaldan qovulması Avropa Parlamentinin tarixində ilk dəfədir baş verir.

Müəllif | Apa.Tv
Apa.tv