Azərbaycanda dollar və avro bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi yüksəlib. Mərkəzi Bank dolların kursunu 1,6315 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında kəskin dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7907 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi isə azalıb. Hazırda 1000 Rusiya rublu 22 manat 30 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv