Neftin qiyməti 41 dollara çatdı, bahalaşma davam edir

Birjalarda neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin 1 bareli 41 dollardan satılıb ki, bu da dünənki qiymətdən 1,30 dollar bahadır. Qərbi Texas nefti gün ərzində xeyli bahalaşıb. May ayının ikinci yarısı üçün bağlanan fyüçerslərdə WTI neftinin qiyməti 38,21 dollardan müəyyənləşib. Bu, 24 saat əvvəlki qiymətdən 1,58 dollar bahadır. WTI neftinin bahalaşmasına Amerika Neft İnstitutunun ölkənin neft ehtiyatlarına dair açıqladığı hesabat pozitiv təsir göstərib. Analitiklər ehtiyatların həcminin 3,9 milyon barel artacağını proqnozlaşdırsa da, açıqlanan hesabatda ehtiyatların 4,4 milyon barel artdığı göstərilib. Ölkənin benzin ehtiyatları isə azalaraq 4,5 milyon barelə çatıb. Bu xəbərlər Qərbi Texas neftinə tələbatı artırıb və nəticədə WTI nefti gün ərzində rekord dərəcədə dəyər qazanıb. Treyderlər qiymətlərin artım prosesinin bir müddət davam edəcəyini proqnozlaşdırılar. 

Müəllif | Apa.Tv
Apa.tv