Maştağada qumar "razborkası": qumarbaz öldürüldü

Bakıda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Şəhriyar Abbasquliyev olduğu müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

APA-nın əldə etdiyi məlumata görə, qətlə yetirilən İlham Ağayev qumarbaz olub.

Müəllif | Apa.Tv
Apa.tv