Şimali Koreya daha iki ballistik raket buraxdı - YAPONİYA İSTİQAMƏTİNƏ
Şimali Koreya növbəti ballistik raketlərin sınağını keçirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, raketlər Yaponiya istiqamətində buraxılıb.
Cənubi Koreya mənbələri isə raketlərin Xvanxe-Pukto əyalətindən atıldığını və 500 kilometrdən sonra cənub-şərq əyaləti olan Vonsana düşdüyünü iddia edirlər.
"Biz Pxenyanın istənilən təxribatına cavab verməyə hazırıq", - deyə, rəsmi Seuldan bildirilib.
Xatırladaq ki, Şimali Koreya nüvə başlıqlı raketlərin sınağını bu ilin əvvəlindən intensivləşdirib.