Bakıda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

Martın 11-də Bakı və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq.

 

Martın 11-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv