Bakıda bir ailə dəm qazından boğuldu: ata və ana öldü, uşaqları zəhərləndi
Bakıda dəm qazı daha bir ailə faciəsinə səbəb olub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 9-da Binəqədi qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri - Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərləniblər. Nəticədə ər və arvad ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.