İmişlidə 34 yaşlı piyadanı maşın vurub öldürdü
İmişlidə baş verən yol-nəqliyyat hadisəsində piyada ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 21.30 radələrində İmişli şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
İmişli sakini, 1995-ci il təvəllüdlü Həsənli Adil Aqil oğlu İdarə etdiyi “CHANGAN” markalı 99 AF 979 dövlət nömrə nişanlı avtomobillə yolu keçən rayon sakini, 1982-ci il təvəllüdlü Tarverdiyev Vüsal Eyvaz oğlunu vurub.
Müxtəlif bədən xəsarətləri alan V.Tarverdiyev İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.