Prezident İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev martın 10-da İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib.
APA TV-nin xəbərinə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulanıb. Forumun artıq ənənə halı aldığı və tədbirə olan beynəlxalq marağın ildən-ilə daha da artdığı məmnunluqla qeyd edilib.
Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirilib.