Moskvada partlayış: 1 ölü, 13 yaralı

Moskvada yaşayış binasında partlayış olub. APA TV-nin məlumatına görə, Lefortovo rayonunda yerləşən yaşayış binasındakı qazın partlaması nəticəsində güclü yanğın baş verib.

 

Yanğın zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım briqadaları göndərilib.

 

Rusiya  Fövqəladə Hallar Nazirliyinin  yaydığı məlumatda deyilir ki, 14 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzillərin birində qaz balonunun partlaması nəticəsində baş verən yanğın 50 kv. m sahəni əhatə edib. Dörd mənzili əhatə etmiş yanğın tez bir zamanda söndürülüb.

 

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv