Brent ucuzlaşır, WTI bahalaşır

Birjalarda Brent neftinin qiyməti cüzi ucuzlaşıb. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin 1 bareli 40,77 dollardan satılıb ki, bu da dünənki qiymətdən 23 sent ucuzdur.

 

Qərbi Texas neftində isə gün ərzində kiçik bahalaşma qeydə alınıb. May ayının ikinci yarısı üçün bağlanan fyüçerslərdə WTI neftinin qiyməti 38,69 dollardan müəyyənləşib. Bu, 24 saat əvvəlki qiymətdən 48 sent bahadır.

Müəllif | Apa.Tv
Apa.tv