Gəncədə fəhlə su çəninin altında qalıb
Gəncədə fəhlə iş yerində bədbəxt hadisə nəticəsində ölüb. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-TV-niın Qərb bürosuna verilən məlumata görə, Vəli Xuluflu küçəsi bina 3 mənzil 2-də yaşayan 1967-ci il təvəllüdlü Mehman Rüstəmov işlədiyi Gəncə Dəmir Beton Zavodunda bədbəxt hadisənin qurbanı olub. Məlumata görə, 46 yaşlı fəhlə zavodda su çənini qaynaq vasitəsi ilə kəsmək istəyərkən dəmir çən onun üzərinə aşıb. Ağır bədən xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən Mehman Rüstəmov orada ölüb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.