Sabirabad sakinindən yarım kilo narkotik tapıldı
Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Sabirabad sakini, 50 yaşlı Eldar Atamoğlanovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil polis tərəfindən saxlanılıb. Avtomobilə baxış keçirilərkən oradan 100 qram həcmində 20 kibrit qutusu marixuana aşkar edilərək götürülüb.
E.Atamoğlanovun yaşadığı evdən isə ümumi çəkisi 399 qram olan 11 qutuda marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.