Mərkəzi Bank valyuta hərraclarının sayını azaltdı

Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib və Dövlət Neft Fondunun vəsaitləri hesabına 25 banka 68,4 mln. dollar satılıb. Bu barədə “APA-Economics”ə Mərkəzi Bankın mətbuatdan xidmətindən məlumat verilib.

 

Martın 14-dən etibarən Mərkəzi Bankın valyuta hərracları çərşənbə axşamı və cümə günləri olmaqla həftədə iki dəfə keçiriləcək.

 

Qeyd edək ki, növbəti, martın 15-də keçiriləcək hərracda banklara Dövlət Neft Fondunun vəsaitləri hesabına 250 mln. dollar təklif olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv