Bulvarda intihar: xilasedicilər özünü dənizə atanı axtarır

 

Bakıda intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Bir nəfər özünü dənizə atıb.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

 

Əlavə məlumat veriləcək.

 

Müəllif | Apa.Tv