Hacıqabulda yol qəzası baş verib, ölən var
Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb.
Goranboy sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlunun idarə etdiyi mişar daşı ilə yüklü olan qoşqulu “KaMAZ” markalı 22 BK 360 dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu hadisə yerində dünyasını dəyişib.
Avtomobildə meyiti sıxılmış sərnişini FHN-in Hacıqabul Yanğından mühafizə xidmətini xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib. Qəza nəticəsində bir müddət yolda hərəkət məhdudlaşdırılıb.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.