Şimali Koreyanın sualtı qayığı yoxa çıxdı

Şimali Koreyanın sualtı qayığı ölkənin şərq sahillərində yoxa çıxıb. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, qayığın hərəkəti Amerika hərbçilərinin nəzarətində olub və onlar sualtı qayığın dayandığı nöqtəni görüblər. Bundan sonra isə qayıq yoxa çıxıb.


ABŞ tərəfi isə bu iddianı təkzib edib və bildirib ki, onlar yalnız qayığı hərəkətdə olarkən müşahidə edə biliblər. Vaşinqtondan bildirilib ki, böyük ehtimalla qayığın cihazlarında problem yaranıb və nəzarətdən çıxıb.


Xatırladaq ki, Koreya yarımadasında bu ilin əvvəlindən vəziyyət gərginləşib. Pxenyan yanvarın 6-da hidrogen bombasını sınaqdan keçirdikdən sonra nüvə başlıqlı raketlərin sınağını da intensivləşdirib. Pxenyan həmçinin ABŞ başda olmaqla onun müttəfiqlərini nüvə zərbələri ilə təhdid edib.

Buna cavab olaraq martın 7-dən isə ərazidə ABŞ və Cənubi Koreya son 40 ilin ən irimiqyaslı hərbi təlimlərinə start veriblər. 

Müəllif | Apa.Tv
Apa.tv