Yəməndə üsyançılarla ordu arasında qanlı döyüş: 57 nəfər öldü

Yəməndə üsyançı husilərlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarda azı 57 nəfər ölüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hazırda hökumət qüvvələri Yəmənin cənub-qərbində yerləşən Taiz şəhəri istiqamətində hücuma keçiblər.

 

Qanlı toqquşmalarda 37 husi, 14 hökumət əsgəri və 6 dinc sakin ölüb. Məlumata əsasən, son günlər hökumət qüvvələri Taiz şəhərinin ətrafını nəzarət altına almağa müvəffəq olublar. 

Müəllif | Apa.Tv
Apa.tv