Bulvarda özünü dənizə atan şəxsin meyiti tapıldı - CİBİNDƏN MƏKTUB ÇIXDI
Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən şəxsin meyiti çıxarılıb və kimliyi müəyyənləşib. APA TV Lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırmalar nəticəsində özünü öldürən şəxsin Lənkəran rayon sakini, 1970-ci il təvəllüdlü Nadirov İbrahim Musa oğlu olması müəyyənləşib. Hadisə yerindən onun paltarı və paltarın cibindən məktubu tapılıb.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.