İslam Ordusunun ilk rəsmi paradı - REAL KADRLAR
Üç həftəlik təlimləri bitirən İslam Ordusunun rəsmi keçidindən ilk kadrlar nümayiş olunub. APA TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanı və Türkiyə də daxil olmaq 20 müsəlman ölkəsinin ən peşəkar hərbçilərindən təşkil olunan İslam Ordusunun ilk təlimləri sona çatıb. "Şimalın göy gurultusu" adı ilə təşkil olunan təlim üç həftə davam edib. Təlimdən sonra Səudiyyə Ərəbistanında hərbi parad təşkil olunub. Ölkənin şimalında yerləşən Hafr el-Batında gerçəkləşdirilən hərbi paradda, kral Salman bin Əbduləziz və 9 ölkə lideri, o cümlədən Türkiyənin müdafiə naziri İsmət Yılmaz iştirak edib.
Hərbi paradda İslam Ordusu ilk dəfə görüntülənib. Ordunun ilk təlimlərində 200 min hərbçi iştirak edib.