İki ayda 78 ölü, 287 yaralı - YOL QƏZALARI, YOXSA QƏTLİAM?
Yanvar-fevral aylarında Azərbaycanda 267 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, baş vermiş qəzalarda 78 nəfər ölüb, 287 nəfər xəsarət alıb. Bakıda baş verən 100 qəzada 19 ölüm faktı qeydə alınıb, 105 nəfər isə xəsarət alıb.
İlin ilk iki ayı ərzində piyadalarının vurulması ilə nəticələnən 115 qəzada 40 piyada dünyasını dəyişib, 80 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Yanvar-fevral aylarında avtobus sürücüləri tərəfindən 20 qəza törədilib. Qəzalarda 8 ölüm, 16 yaralı faktı qeydə alınıb. Yük avtomobili idarə edən sürücülərin törədikləri qəzaların sayı 16, qəzada ölənlərin sayı 6, xəsarət alanların sayı 14 nəfər olub.
Uşaqların iştirakı ilə bağlı baş vermiş qəzalarda 4 azyaşlı dünyasını dəyişib, 22 uşaq xəsarət alıb.