Paytaxtda yağış yağacaq - BAZAR GÜNÜ HAVASI

Martın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, gündüz əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək.
 

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcəyədək isti,  gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv