Çeçen Rusiyada məscidin yanında partlayış törətdi - HADİSƏ YERİNDƏN

İnquşetiyada terror aktı törədilib. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, Nəsir-Kort məscidində dindarların cümə namazından çıxdığı vaxt yaxılıqdakı "Jiquli"də quraşdırılan 15 kiloqramlıq trotil partladılıb.

Hadisəni çeçen millətindən olan şəxsin törətdiyi bildirilir. Partlayışın insanların məscidin yaxınlığından uzaqlaşdıqdan sonra baş verməsi səbəbindən hadisə nəticəsində 5 nəfər yaralanıb. Üç nəfərin vəziyyəti qənaətbəxşdir. 56 yaşlı yerli sakini isə reanimasiyaya yerləşdiriblər. Yaralananlardan biri məscidin imamı Həmzət Çumakovdur. Hədəfdə də məhz onun olduğu deyilir.

Həmzət Çumakov 1984-1986-cı illərdə sovet ordusu sıralarında Əfqanıstanda hərbi xidmət keçib. Ona qarşı 2007-ci ildə Misirdə dini təhsil alıb. 2010-cu ildə ona qarşı silahlı hücum olub və o, bir ayağını itirib.

Maraqlı burasıdır ki, Həmzət Çumakov gəncləri islama yönləndirən din xadimlərindən biridir. Onun rus millətindən olan xeyli insanı da islama gətirdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv