Bakıda İtaliya istehsalı olan ayaqqabıların sərgisi keçirilir

Ötən il Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 7 mlrd. dollar təşkil edib. İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonun sözlərinə görə, ixracatın əsas hissəsi Azərbaycanın payına düşür ki, burada əsasən neft və neft məhsulları təşkil edir: "Bu gün İtaliya sərmayədarları Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoymaqda maraqlıdırlar. Enerji sahəsi də bizim tərəfdaşlığımızda vacib mərhələdir".

 

Səfir bildirib ki, Azərbaycanın Trans-Adriatik Qaz Kəməri layihəsinin bu ilin iyun ayında seçməsi növbəti dəfə tərəfdaşlıq münasibətlərinin qurulmasının bariz nümunəsidir. O, bu ilin avqust ayında İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana rəsmi səfərini xatırlayaraq iki ölkə arasında olan münasibətlərin yüksək səviyyədə olması barədə bəyanatın qəbul edildiyini vurğulayıb: "Ümumilikdə, turizm və mədəniyyət, elm, incəsənət və texnologiya sahələrində sıx əlaqələrin inkişafı da vacib amildir. Azərbaycanda italyan dilinin və mədəniyyətinin yüksək təbliği, vətəndaş cəmiyyətləri və universitetlər arasında mübadilə xalqlar arasındakı əlaqələrin daha çox inkişaf etməsinə və hərtərəfli tərəfdaşlığın təşviqinə gətirib çıxaracq".

 

Bakıda İtaliya ayaqqabı istehsalçılarının məhsullarının sərgisi keçirilir. İtaliya səfirliyinin Ticarətin Təşviqi Agentliyi tərəfindən təşkil olunan"Shoes from Italy" adlı sərgidə 15 şirkət iştirak edir.

 

Müəllif | Apa.Tv