Şabranda 7 yaşlı Rusiya vətəndaşını maşın vurub öldürdü

Bakı-Quba  avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Xaçmaz rayonunun Çax-Çaxlı kəndində yaşayan, 1965-ci il təvəllüdlü Şamil Xasay oğlu İsmayılov idarə etdiyi "VAZ-21043" markalı 27 BX 346 dövlət nömrə nişanlı avtomaşınla Quba istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, Rusiya Federasiyasının vətəndaşı, 2009-cu il təvəllüdlü Rüstəm Mirzə oğlu Mirzəyevi vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vəli Turan