Azərbaycan prezidenti Türkiyə prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Ankarada baş verən terror aktı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğağa başsağlığı verib. APA TV-nin məlumatına görə, başsağlığı mesajında terrorçuluq  şiddətlə qınanır, terror qarşı ən sərt formada mübarizə aparmağın vacibliyi önə çəkilir. “Baş verən faciə ilə əlaqədar Sizə, terror aktı zamanı həlak olmuş insanların ailə üzvləri və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verir, yaralılara şəfa diləyirəm”.  

Müəllif | Apa.Tv
Apa.tv