Qaxda yaşayış evi yandı
Qaxda fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın martın 13-də axşam saatlarında rayonun Marsan kəndində Elsevər İsaqova məxsus, ümumi sahəsi 200 kv. m olan ikimərtəbəli 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yaşayış evinə bitişik tikilmiş, ümumi sahəsi 32 kv. m olan 2 otaqlı yardımçı tikilinin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə və yaşayış evinin çardaq hissəsinin yanar konstruksiyaları yanıb. Yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Ev sahibəsinin sözlərinə görə, alovlar ilk olaraq evə bitişik yardımçı tikilidən başlayıb, daha sonra isə yaşayış evinə keçib. Yanğın baş verən an ev sahibəsi iki övladı ilə birlikdə evdə olub.
Faktla bağlı FHN-in Qax rayon DYMH-də araşdırma aparılır.